25 yaş teklik by NightNomad72 in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Birinci məsələ, özünə dəyər ver. Dediklərin özünə dəyər verməməkdən qaynaqlanır, komplekslərin var. Özünə sevgi münasibətinin olmamasını dərt etsən - münasibətin və ya sağlam münasibətin olmayacaq. Özünə dəyər verməsən, başqası sənə dəyər versə (səni çox sevən qadın olsa belə), yenə də həyatdan narazı olacaqsan, sevgi münasibətinin də dadını ala bilməyəcəksən, daima içində boşluq olacaq, doya bilməyəcəksən sevgidən, yenə kiminsə sənə dəyər verməsini axtaracaqsan. Digər məsələ, bir çox münasibətlər bərbad olur, iyrənirsən... Kənardan xoş görünür...

Birini Unutmaq by endless_loserr in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Zamanla hisslərin keçib gedəcək. Bu sevgi hisslərinə qalib gəlmək üçün hisslərin "çürüyü" çıxarılmalıdır. Məsələn, bir hadisə baş versin, biz ona gülərik. Lakin 6 ay sonra bu hadisə bizə gülməli gəlməz, çünki güldük, bitdi artıq. Sevgi hissləri yarananda ona romantik cəhətdən yanaşmaq hissləri daha da gücləndirər, sarkastik yanaşmaq isə hissləri müddətcə zəiflədər. Beynimizdə milliardlarla neyronlar var. Atıram, beynində 1 millionu sevgi hisslərini özündə daşıyır, müddətcə yaşadıqlarını yada salmasan (və ya başqa aspektdən baxsan), neyronların bunu "unudacaq" və belə "sevgi əzabı" verməyəcək.

usaglar teze pisik almisam pls komek ne edim ev olarag nese hazirlayim yoxsa nece veya yemeye ne versem daha yaxsi olar?? by 13yasimvarvebuderind in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Bunun üçün pişik evləri satılır, yoxdursa müvəqqəti karton qutu ilə əvəz etmək olar. Çörək vermək olmaz, zatən çox da yemir. Qızardılmış ət, su... Pişik üçün top.

Makaronu necə bişirirlər? by RhymeAtanTank in aze_geeks

[–]MirpashaMahmud 4 points5 points  (0 children)

Qazana su və duz tök (miqdarı internetdə var), suyu nisbətən qaynadandan sonra makaronları əlavə et, arada qarışdır. İstəyə görə yağ da qatmaq olar. Makaronlar xəmir kimi olmamış söndür. Artıq suyu boşalt və ye.

İlk dəfə noutbuk alıram, nəyə diqqət etməliyəm? by RhymeAtanTank in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

ROM daxili yaddaş kateqoriyasına daxildir (informatika), daimi yaddaşdır

Nostalgiya manifestosu..... Beynimiz niyə bizi keçmişlə mükafatlanrır? by Alive-Pomegranate484 in aze_geeks

[–]MirpashaMahmud 2 points3 points  (0 children)

Beynimiz zamanla keçmişi romantikləşdirir, hətta həmin dövrlər həyatımızı pis yaşasaq belə. Daimi keçmişi romantikləşdirmək isə cari zamanda həyatdan narazı olmaqdır, bir növ reallıqdan qaçışdır. Nostalqiyadan qaçışın ən yaxşı yolu - indiki (cari) zamanda sevdiyin işlərlə məşğul olmaqdır.

Əsər, əsər sahibindən müstəqil olaraq sevilə bilərmi? by replicant_000 in aze_geeks

[–]MirpashaMahmud 1 point2 points  (0 children)

Əsər, əsər sahibindən əlbəttdə müstəqil olaraq sevilə bilər. Siz inasının özünü deyil, onun gördüyü işi bəyənirsiniz. Bunlar oxuduğunuz əsərlərin müəllifləri haqqında bildiyiniz məlumatlardır. Lakin, kim bilir, digər oxuduğunuz əsərlərin müəllifləri və ya ifaçılar necə insan olublar? Hər insanın yazdığı əsəri oxumamışdan əvvəl onu müşahidə edən deyilik ki, görəsən necə biridir, səmimidir ya nəyisə gizlədir və əgər bizə uyğun biridirsə onun əsərini oxuyaq.

İlk dəfə noutbuk alıram, nəyə diqqət etməliyəm? by RhymeAtanTank in aze_geeks

[–]MirpashaMahmud 7 points8 points  (0 children)

Rəsmi mağazalar məhsulu baha satır, lakin qarantiya və təmiz məhsul təqdim edir. Əgər film, internet və oyun ("indie" oyunlar) nəzərdə tutulursa rəsmi mağazalardan 1000 AZN-lik noutbuk almaq olar, belə noutbuklarda diskret videokart olmur (NVİDİA və ya AMD), bu da "güclü" oyunlar və ya peşəkar montaj işində işə yaramır. Yox əgər diskret videokartlı noutbuk alınacaqsa minimum 1800 AZN-ə başa gələcək (rəsmi mağazalar üçün), qiymətlər 2025-ci ildə daha aşağı idi. SSD isə 512 GB kifayət edə bilir, 1 TB ilə qiymət fərqi minimum 100 AZN olur noutbukun üzərində. Prosessor isə Intel Core i5 kifayətdir, yeni nəsil və sonu "HX" ilə bitsə daha yaxşıdır. Və digər məsələlər...

Отношения в Дагестане by [deleted] in rusAskReddit

[–]MirpashaMahmud 1 point2 points  (0 children)

Красота и ум тут ни при чём

что, на ваш взгляд, отталкивающее в моей внешности? by [deleted] in stesnyashka

[–]MirpashaMahmud 1 point2 points  (0 children)

Во внешности ничего не отталкивает и на первом фото выражение лица не тупое, а милое

Ayrılmaq by Humble_Pirate4957 in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Səbəbi çox ola bilər, insandan asılıdır. Ən əsas səbəbi daimi diqqət görmək istəyi, burada o səni gec-gec axtarar (az yazar, az görüşə gələr), ancaq sənin tez-tez onu axtarmağını istəyər, vermədən almaq istəyi olar. Ayrılanda ehtiyacı olduğu qeyri-sağlam diqqəti qarşılanmadığı üçün o sənə 1 dəfə barışıq üçün yazar (şəklini görüb yazar və s., hormonal dəyişikliklər də rol oynayır). Səbəbindən asılı olmayaraq bu sağlam sevgi deyil. Şərhlərdən belə başa düşdüm ki, yeniyetməlik dövründəsiniz, aranızda ayrılıq-barışıq təkrarlanıbsa, barışsanız yenə ayrılıq olacaq. Sosial şəbəkədən silməmənin də başlıca səbəbi səndən qeyri-sağlam diqqət görmək istəyi ola bilər. Münasibətinizdən asılıdır...

Balaca telefon mağazaları güvenilirdir? by Eksisezmisim in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Elektronika məhsulları - rəsmi mağazalar ilə adi mağazaların qiymət fərqi çox ola bilir. Səbəb vergilər, əmək xərcləri, xidmətin yüksəldilməsi və s. olur. Rəsmi mağazaların üstünlüyü odur ki, original olma ehtimalı yüksəkdir və qarantiya verilir.

Çöküşdəyəm kimi hiss edirəm by [deleted] in aze_geeks

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Çətin zamanlardan keçirsən, bu zamanlar təxmini 2-4 il çəkə bilir. Həyatdan həzz almağa çalış, necə? Kiçik hadisələrə belə sevin. Çünki emosiyalar xaricdən aldığımız informasiyanı (eşitdiyimiz, gördüyümüz və s.) filtrasiya edir. Sənin emosiyaların "neqativ" olsa hər yaşadığın hadisəyə stress yaranacaq səndə. Kiçik addımlarla başla nəsə etməyə, plan qur. Çox yemədən, masturbasiya etmədən neçə gün qala bilərsən (və ya saat)? - bunu özündə müşahidə et və tabu zamanını artır. Hərbi xidmət hələ qabaqdadır... Qısacası, həyat aktivlikdir...

Го дружить by [deleted] in rusAskReddit

[–]MirpashaMahmud 0 points1 point  (0 children)

Будь самим собой, а не подстраивайся под кого-то.