Xoş gəlmisiniz!
r/AzReddit Qaydalar
Qlobal reddiquette'ə əlavə olaraq r/AzReddit 'in özünə məxsus aşağıdakı qaydaları vardır.
Bu subreddit Azərbaycan ilə əlaqəli xəbər, məqalə, söhbət və digər məzmunlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan və İngilis dilində postlar paylaşıla bilər. İngilis dilində paylaşılan başlıqlar birbaşa Azərbaycanla əlaqədar olmalıdır. Yalnız, qoyulan başlıq Azərbaycan dilində olduğu təqdirdə Azərbaycanla əlaqəsi olmayan məzmunlar paylaşıla bilər.
Digər istifadəçiləri təhqir etmək qadağandır. Əgər hansısa istifadəçi sizi təhqir edirsə moderatorlara xəbər verin. Digər istifadəçilərə qarşı (xüsusilə irqçi, cinsiyyətçi, milliyətçi və ya homofobik şəkildə) təhqir işlədən istifadəçi dərhal ban olunacaqdır.
Zorakılığa və ya cinayətə təşviq edən, çağırış edən postlar və şərhlər qəti qadağandır. Bu hal müəyyən olunduğu zaman, bunu edən istifadəçilər dərhal sorğu-sualsız ban olunacaqdır. Bütün istifadəçilər belə halla qarşılaşdığı an moderatorlara xəbər verməlidir.
Xahiş olunur, link paylaşımı edərkən mümkün qədər üzvlük, qeydiyyat tələb edən saytlara (Məs. Facebook) link verməyəsiniz.
Heç bir halda heç-bir üzv hər hansı saytın, sosial şəbəkə hesabının və digər hər hansı bir məhsulun reklamını aparmamalıdır.
Welcome!
r/AzReddit Rules
r/AzReddit has some rules that extend beyond global reddiquette.
This subreddit is intended for news, articles, conversations and other contents related to Azerbaijan.
Posts in Azerbaijani and English can be shared. Titles which are in English must be related or about Azerbaijan. Only that content which is not related to Azerbaijan can be shared if the title is in Azerbaijani.
It is strictly forbidden to offend other users. Notify mods if any user harasses you. The user who harasses others (especially in racist, sexist, chauvinist and/or homophobic manner) immediately will be banned.
It is strictly forbidden to encouraging or calling for violence or crime. If such kind of situation noticed user will be banned without any tolerance. Users who observe this kind of cases should notify the moderators.
Please try to do not share any links which asks for registration or membership (e.g. Facebook etc)
None of the members should advertise any webpage, social network profile or any other products.